“Ədliyyə” minifutbol komandası beynəlxalq yarışda qalib olub

15:00 18.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib. Turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, finalda Ədliyyə Nazirliyinin komandası Rusiya təmsilçisini 1:0 hesabı ilə məğlub edərək oyunların qalibi olub.

Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.