Əl-Əzhər məscidinin yaradılmasının 1083-cü ildönümü qeyd olunur

12:25 31.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirdə hər il Ramazan ayının 7-nə təsadüf edən Əl-Əzhər məscidinin yaradılmasının 1083-cü ildönümü mədəni və dini tədbirlər və mühacir tələbələr üçün kollektiv iftarla qeyd olunur. Dünən Qahirənin Əl-Əzhər məscidi tarixinin təbliği üçün Qurani-Kərim tilavəti, ərəb xəttatlığı tədbiri və Əl-Əzhər İnnovasiyaya Dəstək İdarəsinin istedadlarının tərənnümü kimi müxtəlif tədbirlərə şahidlik edib.

Hafta.az-ın yazdığına görə, 2018-ci ilin may ayında Əl-Əzhər Ali Şurası hicri 361-ci ildə açılan məscidin yaranmasının ildönümünü qeyd etmək üçün Ramazan ayının 7-ni qəbul etmək qərarına gəlib.
Əl-Əzhər hicri 359-cu ildə (miladi 970) Fatimi xəlifəsi əl-Muiz Lidinillah tərəfindən tikilib. Qahirə şəhərinin təməlinin qoyulmasından bir il sonraya təsadüf edən məscidin tikintisi təxminən 27 aya yaxın vaxt aparıb və 361-ci il ramazan ayının 7-də (21 iyun 972) ibadətə açılıb.

Əl-Əzhərin Şeyxi Dr. Əhməd ət-Tayyib sosial şəbəkələrdə dərc olunan məqaləsində deyib:
“Əl-Əzhər məscidi min ildən artıqdır ki, elm qalası və mötədillik çırağı olaraq qalır. Elm tələbələri dünyanın hər yerindən gəlir, Əl-Əzhər alimlərindən dini və dünyəvi elmləri götürərək İslamın tolerantlıq mesajını bütün dünyaya yayan səfirlər kimi öz ölkələrinə dönürlər".

"Əl-Əzhər"in dəhlizləri əsrlər boyu onun universallığını və elmi-ictimai rolunu sübut edən tarixi-mədəni simvoldur. Məsciddə əs-Sıvam, əl-Yəməniyyə, əl-Magaribe və əs-Sinariye dəhlizləri var. Misirlilər üçün isə əs-Seayida və əl-Bahariyə mövcuddur.

Əl-Əzhər Beynəlxalq Akademiyasının direktoru Dr. Əbdülmunim Fuadın açıqlaması belə olub:
“Əl-Əzhər şeyxi son illər sinif otaqlarını canlandırmaq və onların tədris proqramını elmi baxışla inkişaf etdirməyə çalışıb. Beləliklə, Misirdə, İslamda və beynəlxalq cəmiyyətlərdə gündəlik baş verən fikirlər və inkişaflar müzakirə edilib. Misirin digər yerlərində 145 sinif otağı açılıb və sayı yarım milyona çatan 5-13 yaşlı uşaqlar Quranı öyrəniblər. Misir universitetlərinin məzunlarından olan yüz mindən çox tələbənin təhsil aldığı 17 əyalətdə böyüklər üçün elm və Quran kursları da açılıb". 

Tədbirlər çərçivəsində Misirdə məscidin yaranmasının ildönümü münasibətilə şənliklər təşkil edilib.

Əl-Əzhər Məscidi 260 qiraət, 52 günorta namazından sonra məclis, 26 əsr namazından sonra məclis, Ramazan hadisələri ilə bağlı altı bayram tədbiri və əcnəbi tələbələrə gündəlik 4 min iftar yeməyini əhatə edən Ramazan ayı üçün planını açıqlayıb.

Əl-Əzhər Media Mərkəzi axşam namazı və təravihləri müxtəlif platformalarda və Əl-Əzhər sosial şəbəkələrində dərc edir. Bu il təravih namazı Əl-Əzhər Universitetinin böyük alim və professorlar şurasının 12 üzvü tərəfindən gündə 20 rükət qılınır.