Hörmətli cənab Prezident.
Bütün dünyanı cənginə alan koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün təcili tədbirlər gördünüz. Xəstəliyin qısa zamanda yayılmasına baxmayaq ölüm hallarının statistikasının aşağı olması məhz Sizin yüksək idarəçilik və humanist qərarlarınızın nəticəsidir.
Koronovirus pandemiyası şəraitində çətin vəziyyətdə olan insanlara yardımların edilməsi, səhiyyə sahəsində zəruri tibbi vasitələrin tədarükü üçün vəsaitlərin ayrılması və xüsusilə də 65 yaşdan yuxarı vətəndaşlara qayğı göstərilməsi üçün verdiyiniz qərar və Sərəncamlara görə Sizə öz dərin təşəkkürümü bildirirəm.
Biz yaşlılar hər zaman Sizin yürütdüyünüz siyasəti dəstəkləyir və bəyənirik, cənab Prezident. Allah Sizi qorusun.
Hörmətlə,
Quliyev Zübeyir Salman oğlu
Əməkdar neftçi, kənd Ağsaqqallar Şurasının sədri
Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.-