Ermənilər yalnız Xankəndidə qalacaq - RUS SÜLHMƏRAMLILARI QARABAĞI TƏRK EDƏCƏK

11:45 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı tarixçi Modest Kolerov hesab edir ki, İrəvanın siyasətinə görə Qarabağdakı rus sülhməramlılarının mandatı uzadılmayacaq. Hafta.az bu barədə "vestnik kavkaza"ya istinadla xəbər verir.

"Azərbaycanın orada sülhməramlılara ehtiyacı yoxdur, Ermənistan isə onların qalması üçün heç nə etmir. Rusiya Minsk danışıqlar formatından çıxıb və bu barədə dəfələrlə danışıb. İrəvan nə edir? "Minsk Qrupu”nun üzvlərindən biri oradan çıxıbsa, digər ikisi onsuz da qeyri-legitimdir. Onda nə üçün onlarla sıx təmas qurursan? Ermənistan bununla nə göstərmək istəyir? Demək istəyir ki, Ermənistan artıq Rusiyanı vecinə almır, onu tabutda görür! Bundan sonra sülhməramlıların qalmasını istəyirsən?”- Kolerov soruşur.

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar “sadəcə görünüşdür”.

"Paşinyan gecə-gündüz Brüsseldə oturur, sonra da Minsk qrupundan danışır. Deməli, sülhməramlılar istəyir? Yoxsa artıq əfsanəyə çevrilmiş Minsk qrupu ona yeni sülhməramlılar göndərəcəyinə söz verib? Yox. Orada başqa heç kim yoxdur. Sadəcə ruslar var”, - Modest Kolerov qeyd edir.

Tarixçi əmindir ki, Xankəndi istisna olmaqla, tezliklə ermənilər Qarabağı tərk edəcəklər.
"Tədricən Qarabağdakı bütün torpaqlar Azərbaycanın nəzarətinə keçəcək və orada yaşayan ermənilər yalnız Xankəndində qalacaq. Ermənilər yalnız bu ərazidə yaşayacaqlar".

Oxunma sayı 4061