Yazını böyüt
Yazını kiçilt
Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açılıb.
Hafta.az erməni KİV-nə istinadla bildirir.
“Ermənistan vətəndaşı V.G. O, hələ 2017-ci ildə xarici xüsusi xidmət orqanları tərəfindən işə götürülərək, onlara Ermənistan dövlətinə qarşı təxribatçılıq fəaliyyətinin həyata keçirilməsində köməklik göstərərək, Azərbaycanın Gürcüstandakı səfirliyi ilə də daim əlaqə saxlayıb. Avqustun əvvəlində o, videomüraciət edərək Ermənistan vətəndaşlığından imtina etdiyini və Azərbaycan vətəndaşlığının verilməsini xahiş edib”, - Ermənistan Baş Prokurorluğunun bəyanatında deyilir.
Oxşar ittiham Ermənistan vətəndaşı İ.V.-ya qarşı da irəli sürülüb.