Yazını böyüt
Yazını kiçilt
Bu gün Bakı vaxtı ilə saat 20:55-də tam Günəş tutulması başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından hafta.az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 20:55-də başlayan bu təbiət hadisəsi 3 iyul 01:50-də başa çatacaq.
Məlumata görə, proses Çili, Argentina, Cənubi Amerika və Sakit okeanın cənubundan aydın görünəcək.
Qeyd edək ki, növbəti Günəş tutulması dekabrın 26-na təsadüf edəcək.