Hakim bir oyunda 7 qırmızı vərəqə göstərdi

23:47 20.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Boliviyada bir futbol oyununda nadir hallarda yaşanan hadisə baş verib.

Hafta.az bildirir ki, oyunun hakimi hər 2 komandanın futbolçularına ümumilikdə 7 qırmızı vərəqə göstərib.

“Bluminq” və “Bolivar” komandaları arasında keçirilən görüşün 1-ci hissəsində oyunçular arasında kütləvi dava düşüb. Davaya səbəb cərimə meydançasındakı böyük gölməçə olub. Belə ki, qonaqların oyunçusu hücumda olarkən gölməçəyə yıxılıb. Bundan sonra həmin ərazidə iki komandanın oyunçuları arasında dava başlayıb. Hakim davaya görə 5 oyunçunu meydandan qovub. İkinci hissədə isə daha 2 oyunçu qırmızı vərəqə alıb.

Qeyd edək ki, qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.