Yazını böyüt
Yazını kiçilt
Metroda qatarlar arasında yubanma var.
Hafta.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Bəxtiyar Məmmədovun sözlərinə görə, bəzi qatarlar arasında interval yubanması 2-3 dəqiqədir:
"Buna səbəb isə, "Nərimanov-Ulduz" yol mənzilində qatarların hərəkətiin tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib. Hazırda metro qatarlarının hərəkətində gecikmələr müşahidələr olunur".