Yazını böyüt
Yazını kiçilt
Hindistanda 11 mindən çox insan bir araya gələrək rəqs edərək Ginnesin Rekordlar Kitabına düşüb.

Hafta.az-ın yazdığına görə, Hindistanın Assam əyalətində yerləşən Quvahati şəhərindəki Sarusajay Stadionunda 11 mindən çox rəqqas ənənəvi “Bihu” rəqsini ifa edib. Möhtəşəm şou iştirakçılarının sayına görə Ginnesin Rekordlar Kitabında özünə yer edib.

Maraqlıdır, "Bihu" rəqsi nədir, niyə ona bu qədər insan maraq göstərir? Hindistanın şimal-şərqindəki Assam əyalətindən olan "Bihu" rəqsinin kökləri 1600-cü illərdə bölgəni idarə edən Ahom Krallığına gedib çıxır.

Yeni ili və baharı qarşılamaq üçün əyalətdə keçirilən "Bihu" festivallarında ifa edilən rəqs Assam əyalətinin ən mühüm mədəni irslərindəndir.