Hindistanlı məşhur yoqin Sadhquru Bakıda görüş keçirib

18:45 01.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Bakıdakı Səfirliyi “İsha” Fondu ilə birgə bu gün “Torpağı qoruyaq” qlobal ətraf mühit təşəbbüsü ilə əlaqədar olaraq məşhur yoqin Sadhquru ilə görüş təşkil edib.

Hafta.az-ın yazdığına görə, tədbirə xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, hökumət rəsmiləri, Sadhqurunun Azərbaycandakı pərəstişkarları, eləcə də Hindistan diasporunun nümayəndələri iştirak qatılıblar.

Tədbirdə Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna çıxış edib. Sonra isə Sadhquru torpağı və ətraf qorumağın vacıbliyindən danışıb, eləcə də tədbir iştirakçılarının suallarına cavab verib.