İsrail – Həmas müharibəsində 11 jurnalist həlak olub

10:30 17.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fələstin Jurnalistlər Birliyi İsrailin Qəzzaya hücumları nəticəsində 11 jurnalistin öldüyünü açıqlayıb.

Hafta.az-ın yazdığına görə, açıqlamada 2 jurnalistin hələ də itkin düşdüyü və heç bir xəbər alınmadığı bildirilib. Hücumlarda 20-dən çox mətbuat mənsubunun da yaralandığı və hazırda müalicə aldığı açıqlanıb.

Həmas - İsrail qarşıdurması başladığı gündən İsrail ordusu ilə Hizbullah arasında gərginlik yaşanır. İsrailin Alma Şaab qəsəbəsinə atdığı raketlər nəticəsində “Reuters”in operatoru İssam Abdulla həlak olub, “Əl-Cəzirə” və AFP-nin müxbirləri yaralanıb.

Livan İsrailin jurnalistləri qəsdən öldürdüyünü iddia edərək, Təl-Əvivlə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına şikayət edəcəyini açıqlamışdı.