Moskva Patriarxlığı “Pravoslav Türkləri Konqresi” adı altında tədbir təşkil etməyə hazırlaşır.
Hafta.az-ın yazdığına görə, “Nezavisimaya qazeta”da yayımlanan məqalədə deyilir ki, Rusiyada türk mənşəlilərin üstünlük təşkil etdiyi bölgələrdəki Rus Pravoslav Kilsəsi yeparxiyalarının nümayəndələri və əvvəllər SSRİ-yə bağlı olan türk respublikalarındakı “Rus Pravoslav Kilsəsi yeparxiyalarının” nümayəndələri “Pravoslav Türkləri Konqresi”nə hazırlıq üçün bir araya gəliblər.
İclasda Altay, Tatarıstan, Şimali Qafqaz, Yakutiya, Özbəkistan və Qazaxıstan kimi yerlərdən din nümayəndələri iştirak ediblər.
Bildirilir ki, əksəriyyəti İslamı qəbul edən türk xalqının yaşadığı yerlərdə Rus Pravoslav Kilsəsinin uzun illərdir ki, missionerlik fəaliyyəti ilə məşğul olub, postsovet İttifaqı dövründə, kilsə keçmiş Sovet Orta Asiya respublikalarında təsirini artırmağa çalışıb və orada yeparxiyaların statusunu artırıb.
Son iki ildə müxtəlif etnik bölgələrdən Rusiya dövlətinin dəstəyinə ehtiyacın artdığını şərh edən qəzet, bu səbəbdən yüksək səviyyəli məmurların çıxışlarında etnik qruplar və dinlər arasında harmoniya vurğulanmasına diqqət çəkib.
Hakimiyyət Başqırdıstan və Yakutiyada baş verən son etiraz aksiyaları, payızda Mahaçqala hava limanında baş verən iğtişaşlar kimi millətçilik və ekstremizmin belə təzahürlərini məhz bu baxımdan hesab edir.