Konavirus pandemiyasının qarşısının alınması üçün atılan addımlar, dövlət siyasəti...- FİKİRLƏR

16:46 04.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koornavirus Pandemiyası hələ də dünyanı öz qorxusu altında saxlayıb. Hər gün onlarca, hətta yüzlərlə insan bu qrip nəticəsində həyatını itirir. Azərbaycanda da bu virus nəticəsində  ölkədə 8212 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 267 nəfər reanimasiyada, 59 nəfər isə süni tənəffüs cihazındadır. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 502 965 test aparılıb. Pandemiya Azərbaycanda yayılan vaxtdan ölkədə lazımi addımlar atılıb. Dövlət başçısı həm bölgələrdə, həm də paytaxtda yeni xəstəxanaların açılışını edib. Həmin xəstəxanalar koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulub. Hökumət vətəndaşlara bu çətin günlərdə köməklik göstərib.

Dövlət başçısının göstərdiyi diqqət və hökumətin bu və ya digər formada vətəndaşları yardımı alqışlanasıdır. Elə millət vəkili Pərvin Kərimzadə də pandemiya ilə bugünki durumdan hafta.az-a danışarkən dedi ki,dövlət tərəfindən vətəndaşların sağlamlığının qorunması məqsədilə bu qədər iş görüldüyü halda, Prezident yoluxmaların artmasından narahatlıq keçirdiyi halda, görəsən, insanlarımız niyə öz sağlamlıqlarına qarşı bu qədər biganəlik göstərirlər?:

"Dövlətimiz tərəfindən COVID-19 bəlası üzərində qələbə çalmaq üçün bütün qüvvələr səfərbər olunub. Pandemiya ilə mübarizədə cəmiyyət arasında ictimai qınaq da öz sözünü deməlidir. Uzağa getməyək, elə pandemiyanın elan olunduğu ilk dövrlər koronavirusa ciddi münasibətimizi xatırlayaq. Hansımızın üstündə spirt, maska, əlcək yox idi ki... Deməli, insanların sağlamlığı öz əllərindədir. Əgər qapalı ictimai yerdə kimsə tibbi maskadan istifadə etmirsə, biz ona iradımızı bildirməliyik, çalışmalıyıq ki, ətrafımızdakılar da qaydalara riayət etsin. Odur ki, ehtiyac olmasa, evdən çıxmamalı, ictimai yerlərə gedərkən mütləq maska taxmaq və sosial məsafəni qorumaq lazımdır. Hər kəs yüksək qətiyyət göstərərək, karantin qaydalarına riayət etməli, tibbi maskadan və digər qoryucu vasitələrdən istifadənin məcbur olduğunu yaddan çıxarmamalıdır. Hər birimiz vətəndaş olaraq, öz məsuliyyətimizi anlamalı, sağlamlığımızı qorumalı, qoyulan qaydalara hamılıqla əməl etməliyik".

Professor Adil Qeybulla danışarkən dedi ki, birinci növbədə insanların maskada gəzməsi, sosial izolyasiya məsafəsini gözləməsi şərtdir və ciddi nəzarət həyata keçirilməlidir:

"İnsanlar yavaş-yavaş anlayır, başa düşür ki, xəstə sayı artır, xəstəlik hər ailənin qapısını döyür. İnsanlar xəstəliyinin ciddiliyini anladıqca qorunmağa üstünlük verir. Hər halda maarifləndirici tədbirlər görülməlidir. Müşahidə edirəm ki, insanlar karantinin yumşaldılmasından istifadə edərək maskasız gəzirlər. Bu səbəbdən təklif edirəm ki, insanlara bu məsələ ciddi surətdə başa salınsın və nəzarət gücləndirilsin. Yəni maskada gəzmək şərti qaydası daha da gücləndirilməlidir. Məsələn, Almaniyada da karantin yumşaldılıb, lakin maskada gəzmək qəti şərt olaraq saxlanılıb”

Oxunma sayı 2943