Yazını böyüt
Yazını kiçilt
İordaniya kraliçası Rania əl-Abdullah gələn bazar günü toy edəcək Cəmil Aleksandr Termiotis və qızı Şahzadə İmanın xına gecəsində iştirak edib.

Hafta.az-ın yazdığına görə, AFP xəbər verir ki, Kraliçanın mətbuat xidməti tərəfindən yayımlanan fotolarda Rania ağ paltar geyinmiş qızı Şahzadə İmanı qucaqlayarkən görünür.

Kraliça, əvvəlki gün təşkil edilən xına gecəsinə qatılan iordaniyalı qadınlarla yanaşı, şahzadələr Aişə ben Hüseyn, İman ben Abdullah, Müna əl-Hüseyn və Zein ben Hüseynlə fotolar da çəkdirib.