Laçındakı neon işıqlı xaç da söküldü - FOTOLAR

18:32 18.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Laçın şəhəri ətrafındakı yüksəkliklərdən birində erməni işğalı dövründə qurulmuş neon işıqlı xaç qurğusu bu gün hayların özləri tərəfindən sökülüb.

Hafta.az xəbər verir ki, bu haqda məlumat və fotolar sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Söküntü işləri ilə yanaşı, ermənilər Laçın şəhəri və ətraf kəndlərdə evlərə və meşələrə od vurmaqda davam edirlər. Erməni mediası Zabux kəndində dünən artıq ikinci erməninin tərk etdiyi evi yandıması haqda məlumat və video-görüntü yayıb.

Təsdiqlənməmiş məlumatlara görə, haylar Laçın rayonunun hazırda Rusiya hərbi kontingentinin nəzarətində yerləşən Ağanus kəndi ətrafındakı meşələrə də od vurmağa başlayıb.

 

Oxunma sayı 210