Yazını böyüt
Yazını kiçilt
XX əsrdə bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü münasibətlə Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə hafta.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin kollektivi abidənin önünə çiçəklər düzüb, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.