Yazını böyüt
Yazını kiçilt
“Elektron icazə verilməsi proseduruna yenidən baxıla, məhdudiyyətlər sərtləşdirilə bilər”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, Azərbaycanda vəziyyət digər dünya ölkələri ilə müqayisədə yaxşıdır: “Başqaları ilə müqayisədə bu yaxşı vəziyyəti saxlamaq dövlətin konstitusion borcudur. Dövlət qaydaları pozanları təcrid etmək üçün bütün addımları atacaq. Hökumət bu addımı atmaq istəmir”.
İ. Məmmədov nəzərə çatdırıb ki, karantin rejimini uzatmaq sadə bir qərar deyil, iqtisadiyyat zərər çəkir, kiçilir.