Məkkə və Mədinədə 100-dən çox dini-tarixi abidə bərpa edilib

09:15 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın hər yerindən Səudiyyə Ərəbistanına gələn müsəlmanlar Məscidi-Nəbəvi və Haramül-Şərifi ziyarət etməyi, ümrə ziyarətini və İslamın yaranma tarixi ilə bağlı tarixi yerləri görməyi səbirsizliklə gözləyirlər. “Hədəf 2030”a uyğun olaraq Səudiyyə Ərəbistanı Məkkə və Mədinəyə gələn ziyarətçilərin səfər təəssüratlarını daha da yaxşılaşdırmaq üçün tarixi yerləri bərpa etməyə çalışır.

Hafta.az-ın yazdığına görə, nəhayət, Məkkə və Mədinədə 100-dən çox tarixi abidə bərpa edilərək ziyarətçilərin ixtiyarına verilib.

Kəbənin zəvvarlarına xidmət göstərmək, onların ziyarətlərini təkmilləşdirmək və fikirdən yaddaşa unudulmaz təcrübələr yaşatmaq məqsədilə “Hədəf 2030” kontekstində başladılan “Ümmət Üçün Xidmət” proqramının qayəsində məhz bərpa işləri dayanır. Bu müstəvidə Səudiyyə Ərəbistanı tarixi yerləri araşdırmaq üçün geniş imkan yaradıb və canlı muzeyə, tarixə açılan pəncərəyə çevrilib.

Ümrə üçün gələn ziyarətçilərin dini və mədəni təəssüratlarını zənginləşdirmək üçün bir sıra tarixi irslər bərpa edilib və Səudiyyə Ərəbistanına mədəni zənginləşdirici töhfələr verilib.

Eləcə də Mədinədəki tarixi və dini abidələr yenidən qurularaq ziyarətçilərin ixtiyarına verilib. Ziyarətə açıq olan bəzi tarixi yerlərdən Hz. Məhəmmədin 631-ci ildə bayram namazı qıldığı Qamame məscidi, Xəlifə Əbubəkir əs-Sıddıq, xəlifə Ömər bin Xəttab, əs-Sakaya, Bəni Enif və ər-Raya məscidləri, Mədinənin qərbindəki Əqiq vadisinin kənarında yerləşən Qars quyusu və saxsı qablar, sənət parçaları ilə bəzədilmiş Urvə bin Zübeyr sarayı var.

Hz. Məhəmmədin dəstəmaz aldığı ən mühüm tarixi yerlərdən biri olan Qars quyusunun bərpası böyük uğur hekayəsidir. Vaxtilə  həzrət Məhəmməd bu quyudan su içib dəstəmaz alıb. Səudiyyə Ərəbistanının tarixi yerləri bərpa etmək üçün başlatdığı layihədən öncə quyu yüz illərlə baxımsız qalmışdı və suyu tükənmişdi.

Quyu 2022-ci ildə bərpa edilib və yenidən su ilə dolub. Yəqin ki, Mədinəyə yolu düşən hər kəs İslam tarixinin ilk anları ilə bağlı olan tarixi məkanlardan biri olaraq bu quyuya daha yaxından baxmaq istəyəcək.