Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

12:11 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi bu gün saat 17:00-dək davam edəcək.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Xatırladaq ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

Oxunma sayı 1096
Sosial rubrikasından digər xəbərlər