Müdafiə Nazirliyi sürücü ixtisası üzrə kursuna qəbul davam edir 

11:50 16.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul prosesi davam edir.

 

Müdafiə Nazirliyinindən hafta.az-a verilən xəbərə görə, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

 

Qəbul qaydaları barədə bu linkə (//mod.gov.az/az/news/mudafie-nazirliyi-surucu-ixtisasi-uzre-kursa-qebul-elan-edir-46948.html) keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.