Pandemiyanın arealı və fəsadları

15:46 13.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus epidemiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edildi. Yəni bu virus bir ölkənin sərhədlərini aşaraq dünya üçün qlobal bəlaya çevrilib. Düzdür, biz bu yazını hazırlayarkən Çin hökuməti virusa qarşı vaksini hazırladıqlarını bəyanladı. Amma hazırda bu dərman heyvanlar üzərində test edilir, güman ki, aprelin ortaalrında virusa yoluxmuş insanlara tətbiq olunacaq. Ümidverici xəbər olsa da, hər halda pandemiya gündən-günə dhşətinin gücünü və çevrəsini artırmaqdadır. Ona görə də, bu təhlükəli prosesə elə pandemiya müstəvisində yanaşaraq dünya ölkələrindəki durumla bağlı araşdırma aparmaq istədim.

ÜST tərəfindən martın 12-də verilən məlumata əsasən dünyanın 120 ölkəsində ümumilikdə 134 min insanın koronavirusa yoluxduğu qeydə alınıb. Həmin günün statistikasına əsasən bu qədər insandan 68657 nəfər (təxminən 51 min nəfəri Çində) sağalıb evə buraxılsa da, təxminən 5 min nəfər dünyasını dəyişib. Ölənlərin əksəriyyətinin yaşlılar, eləcə də ağır ürək-damar (10,5 faiz), şəkər (7,3 faiz), xroniki nəfəs yolları (6,3 faiz), hipertaniya (6 faiz), xərçəng (5,6 faiz) xəstələridir. Əvvəllər heç bir xəstəliyi olmayanlar arasında koronavirusa yoluxanların  sayı 0,9 faiz təşkil edir.  

Müalicəsi davam edən 55779 xəstənin təxminən 90 faizinin – 5068 nəfərinin vəziyyəti normal olsa da, 5711 virus daşıyıcısı ciddi həkim nəzarətindədir.

Yuxarıda qeyd edildiyi kimi, yoluxma hallarının əksəriyyəti yaşlılarda qeydə alınsa da, 0-9 yaş arası heç bir uşaqda virus aşkarlanmayıb.

Bəs hansı ölkədə neçə koronavirus daşıyıcısı var? Baxaq:

Çində 80954 insanda virus aşkar edilib. Onlardan 3179 nəfəri dünyasını dəyişib.

İtaliyada 15113 nəfərdə virus tapılıb, 1016 nəfər ölüb.

İranda 1364 nəfərdə virus tapılıb, 514 nəfər ölüb.

Cənubi Koreyada 7869 nəfər virusa yoluxub, 67 nəfər dünyasını dəyişib.

İspaniyada 3059 nəfərdə virus təsbit olunub, 86 nəfər ölüb.

Fransada 2876 nəfər virusa yoluxub, 61 nəfər ölüb.

Almaniyada 2502 nəfərdə virus tapılıb, 6 nəfər ölüb.

ABŞ-da 1396 nəfərdə virus tapılıb, 40 nəfər dünyasını dəyişib.

İsveçrədə 867 nəfər virusa yoluxub, 7 nəfər ölüb.

Norveçdə 727 nəfər virus daşıyıcısıdır, 1 nəfər ölüb.

“Diamond Princess” gəmisində virusa yoluxan sərnişinlərin sayı 696, ölənlər isə 7 nəfərdir.

Yaponiyada 691 nəfər yoluxub, 19 nəfər dünyasını dəyişib.

İsveçdə 687 nəfər virus daşıyıcısıdır, 1 nəfər ölüb.

Danimarkada  674 nəfərdə virus aşkarlanıb, 1 nəfər dünyasını dəyişib.

Niderlandda 614 nəfərdə virus tapılıb, 5 nəfər ölüb.

Böyük Britaniyada 596 nəfər yoluxub, 10 nəfər ölüb.

Belçikada virusa yoluxduğu bilinən 399 vətəndaş var, 3 nəfər dünyasını dəyişib.

Avstriyada 361 nəfərdə virus aşkarlanıb, 1 nəfər ölüb.

Eyni siyahıda ölkələr aşağıdakı kimi sıralanır: Qətərdə 262 nəfərdə, eləcə də Bəhreyndə 197, Sinqapurda 187, Malayziyada 158, Avstraliyada 156 (3 nəfər ölüb), Hong Konqda 130, Kanadada 142, Finlandiyada 109, İslandiyada 109 (Cəmi 364 min nəfər əhalisi olan İslandiya, əhalinin sayı nisbətilə yanaşdıqda, virusun ən çox inteqrasiya etdiyi ölkə sayılır V.T.), İsraildə 109, Yunanıstanda 117 (1 nəfər ölüb), Çexiyada 113, Sloveniyada 96, Birləşmiş Ərəb Əmirliklərində 85, Küveytdə 80, İraqda 83 (8 nəfər ölüb), Portuqaliyada 78, Hindistanda 74 (1 nəfər ölüb), Tailandda 70 (1 nəfər ölüb), San Marinoda 72 (5 nəfər ölüb), Braziliyada 77, Livanda 68 (3 nəfər ölüb), Misirdə 80 (2 nəfər ölüb), Filipində 52 (2 nəfər ölüb), Polşada 51 (1 nəfər ölüb), Rumıniyada 50, Tayvanda 49 (1 nəfər ölüb), Səudiyyə Ərəbistanında 45, İrlandiyada 43 (1 nəfər ölüb), Vyetnamda 39, İndoneziya 34 (1 nəfər ölüb), Rusiya 34, Fələstində 31, Gürcüstanda 25, Bruneydə 25, Əlcəzairdə 24 (1 nəfər ölüb), Albaniyada 23 (1 nəfər ölüb), Bolqarıstanda 23 (1 nəfər ölüb), Çilidə 23, Kosta Rikada 22, Peruda 22, Argentinada 21 (1 nəfər ölüb), Pakistanda 21, Xorvatiyada 19, Lüksemburqda 19 nəfər, Serbiyada 19, Omanda 18, Ekvadorda 17, Estoniyada 17, CAR-da 17, Latviyada 16, Macarıstanda 16, Slovakiyada 16, Azərbaycanda 15, (1 nəfər ölüb), Panamada 14 (1 nəfər ölüb), Belarusda 12, Meksikada 12, Bosniya və Herseqovinada 11, Makaoda 10, Şimali Makedoniyada 9, Kolumbiyada 9, Maltada 9, Maldiv Adalarında 8, Əfqanıstanda 7, Tunisdə 7, Kiprdə 10, Mərakeşdə 6 (1 nəfər ölüb), Fransız Qvineyasında  6, Moldovada 6, Kambocada 5, Dominikanda 5, Yeni Zelandiyada 5, Seneqalda 5, Paraqvayda 5, Ermənistanda 4, Lixtenşteyndə 4, Litvada 3, Banqladeşdə , Boliviyada 3, Kanar Adalarında 3, Kubada  3, Martinikada 3, Nigeriyada 2, Şri Lankada 2, Burkina Fasoda 2, Kamerunda 2, Farel Adalarında 2, Hondurasda 2, Yamaykada 2, Türkiyədə 2, Qayana 1, Andorrada 1, İordaniyada 1, Monakoda 2, Nepalda 1, Ukraynada 1, Butanda 1, Kot Divuarda 1, Vatikanda 1, Monqolustanda 1 nəfərdə koronavirus aşkarlanıb.