Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə iyulun 26-sında Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1993-cü il təvəllüdlü Orxan Feyruz oğlu İbrahimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.