“Qalatasaray”dan Çempionlar Liqasında ardıcıl 2-ci qələbə

23:07 22.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qalatasaray” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Norveçin "Budyo Qlimt" klubunu qəbul edib.

Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qalatasaray” 2-ci turda evdə İngiltərənin "Liverpul" klubuna 1:0 hesabı ilə qalib gəlmişdi.