Qırğızıstanda sovetdənqalma soyadlar dəyişdirilir

11:00 27.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan parlamentinin iclasda “Qırğızıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qiymətləndiriblər.

Hafta.az-ın yazdığına görə, qanun layihəsini layihənin müəllifləri arasında olan deputat Mirlan Samyikojo təqdim edib. O, vurğulayıb ki, rus soyad şəkilçilərinin qırğız türkcəsi ilə əvəzlənməsini nəzərdə tutan qanun layihəsinin əsas məqsədi qırğız adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə uyğun soyad seçimi imkanlarını genişləndirməkdir.

Millət vəkili vurğulayıb ki, qanun layihəsində soyadın indiki yazılış qaydası tam dəyişdirilmir, sadəcə orfoqrafiya seçiminə əlavə imkan yaradılır.

Qeyd edək ki, dekabrın 17-də parlamentin Nəqliyyat, Rabitə, Memarlıq və İnşaat Komissiyasının iclasında “Qırğızıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında qanun layihəsi” ətrafında müzakirələr aparılıb. Qanun layihəsində rus soyad şəkilçilərinin qırğız türkcəsi ilə əvəzlənməsi müzakirə edilib. Deputat Samyikojo rusca ov/ova və oviç/ovna şəkilçiləri əvəzinə “uulu” (oğul), “qızı” (qızı) və “tegi” (soy) kimi qırğız türkcəsi şəkilçilərindən istifadə etməyi təklif edib. Deputat qeyd edib ki, bu dəyişikliklərin məqsədi qırğız adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə uyğun soyad seçimi imkanlarını genişləndirməkdir.