Mübarək Ramazan bayramı günlərində Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində açılan süfrələr, edilən şənliklər və sair çox fərqlidir, amma sevinc və xoşbəxtlik onların bütün ayinlərində dəyişməz olaraq qalır. Açılan Ramazan süfrələri də həmişə bayramları qeyd etmək üçün əvəzsiz elementdir.
Hafta.az-ın yazdığına görə, Səudiyyə Krallığında bayramların nəsildən-nəslə ötürülən ənənələr və adətlər var. Bunlardan biri, Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Hail bölgəsindəki ictimai yollarda bayram səhərini müxtəlif məşhur yeməklərlə canlandırmaqdır. Bayram namazından sonra başlayan bu ənənə, Hail camaatının indi də davam etdirdiyi adət və ənənələrdəndir. Ramazan süfrəsini məhəllənin izdihamlı yerlərinə aparan ailələr bayram səhəri yeməyini bütün digər həmyerlilərlə və məhəllə sakinləri ilə bölüşərək yeyirlər. Bu yeməkdə iştirak edənlər süfrə ətrafında əyləşmək, hər yeməyin dadını dadmaq imkanı əldə edirlər. Bu süfrələr sevinc, qarşılıqlı sədaqət və birgəyaşayışın hökm sürdüyü səhnədə bütün məhəllə sakinlərinin yeməklərini dadmaq imkanı yaradır. Qısası, bu süfrələr iştirakçıların xoşbəxtliyi və qarşılıqlı təbrikləri əks etdirir.
"İndependent Arabia"nın xəbərinə görə, xalq mədəniyyəti araşdırmaçısı Xalid Mətrud, "Hail bölgəsi Ramazan bayramında digər zonalardan fərqlənir, çünki hazırlıqlar bayram gecəsindən başlayır. Qohumlardan birinin evində bir növ qurudulmuş meyvələr, şirin və ənənəvi yemək olan "Haşra" hazırlanır. Bundan sonra, səhərə yaxın xanımlar birlikdə ziyafət süfrələrini hazırlayırlar. Bu süfrələrdə ənənəvi ətli plov, kyrasanlar, eləcə də mis qablarda çəkilmiş yer göbələyi və tərəvəzdən hazırlanmış "Kabsa" olur.
Mətrudun sözlərinə görə, bir məhəllədə 20-dən məkanda süfrələr açılır və onlarda insanlara ən azı 15 cür yemək təklif edilir. Bundan sonra insanlar evlərdə, məclislərdə bayram etməyə çıxırlar.
Mətruda görə, bu illik ənənə bölgə xalqı arasında bağlılıqla müasir məhəllələrə miras qalan köhnə məhəllələrdəki ənənənin bir hissəsidir.
Bu, nəsildən-nəslə keçən ənənə olduğundan, Hail rayonunda insanlar bunu yaşatmağa can atırlar. Ənənə məhəllə sakinləri arasında sosial ünsiyyət imkanı yaradır və illərdir görüşmədikləri insanlarla görüşmək imkanı verir. Bu, həm də bölgə əhalisinin dəyərlərini, irsini və mədəniyyətini əks etdirir. Bayramın ilk günündəki fəaliyyətlər folklorun bir parçası olan "Arda" sıralarında xalqın iştirakı ilə tamamlanacaq. "Arda" tədbiri rəsmi mərasimlərdə və bayram günlərində keçirilir və Hail bölgəsində sosial quruluşun bütövlüyünü vurğulayır.