Sabahın hava proqnozu

13:18 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.