Şahzadə Uilyam və Keyt Middltonun "qorxulu" heykəlləri

10:16 13.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşada mum muzeyi ziyarətçilərindən birinin Şahzadə Uilyam və Keyt Middltonun "qorxulu" heykəllərinin videosunu paylaşmasından sonra viral olub.

Hafta.az-ın yazdığına görə, TikTok-da paylaşılan şəkillərdə Becka Blackburn hazırda “Tripadvisor”da yalnız 2.5 qiymətləndirilən Krakov Mum Muzeyini gəzir. 13 milyondan çox baxış toplayan “Mənimlə Polşanın ən pis mummuzeyinə qoşulun” başlıqlı videoda Şrek, Maykl Cekson, Harri Potter, Elvis, Mayk Tayson və Ledi Qaqa kimi məşhurların mum heykəlləri yer alıb.

Muzeydə Britaniya kral ailəsinin üzvləri Kraliça II Elizabet, Şahzadə Filip, Şahzadə Uilyam və Keyt Middletonun təsvirləri də görünür. Şahzadə Uilyamın mumfiqurunu "20 Jagerbomb içdikdən sonra Hugh Grant"a bənzədiblər, bəziləri isə “o, Keyt Middletonun heykəlinə gülür" deyib. Digəri isə “O, qaşımadığı yerdə qaşınır” deyərkən, başqa bir istifadəçi isə Britaniya taxt-tacının varisinin “gülümsəməsi ilə onu qorxutduğunu” qeyd edib. Başqa bir şərhçi də "Ətrafda gəzmək təxminən 5 dəqiqə çəkir, hətta ağlayan uşaq da gördük, yəqin ki, qorxulu heykəllərdən çox qorxdu" deyib.

Mumfiqurda Keyt Middletonun alnı uzadılıb və onun fərqli ipək kimi qəhvəyi saçları saman rəngli tüklü mopla əvəzlənib. Şahzadə Uilyamın mumnüsxəsi saxta, çılğın təbəssüm və açıq yaşıl dəriyə malikdir.

Bir nəfər belə yazıb: “Bütün büdcələrini Tayson və Şahzadə Filipə qoyublar, sonra da deyiblər ki, bir az mumumuz qalıb, gəlin bir şey düzəldək".

Polşa mətbuatının yazdığına görə, 10 ildir açıq olan muzey hər ay mumheykəllərin yanında selfi çəkmək istəyən 10 mindən çox ziyarətçini qəbul edir.