Səudiyyə modern ədəbiyyatının parlaq siması vəfat edib

10:20 26.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının ədəbi cameəsinə ağır itki üz verib.

Hafta.az-ın yazdığına görə, səudiyyəli şair və yazar Əli əd-Dumaini uzun sürən xəstəlik nəticəsində 74 yaşında vəfat edib. Yenilikçi şair olaraq tanınan Dumaninin yaradıcılığı ömrünün son illərinədək davam edib. 

Səudiyyə Ərəbistanında modern şeir hərəkatının qurulmasında aktiv rol oynamış Dumaini, Krallıqda çox məşhur şair, yazıçı və yenilikçi kimi ad qazanmışdı.

1948-ci il aprelin 25-də Səudiyyə Ərəbistanının Baha şəhərində doğulan Dumaininin modern şeirdə öz sözünü deməsi, cəsarəti və dövrün tələbləri səbəbilə 80-ci illərin ən vacib ədəbi fəaliyyətlərindən sayılır və qəbul edilir. 

Adı ən məşhur ərəb şairlərinin siyahısında olan Dumaini, şeirinin keyfiyyəti, məzmunu və gələcəyə hesablanması ilə tanınır və sevilir.

Dumaini həm də qəzetlərdə məqalələrlə çıxış edib, mədəni-ədəbi müstəvidə fəaliyyət göstərib.

Allah rəhmət eləsin.