Azərbaycanda koronavirusa qarşı mübarizə, xalqımızın sağlamlığının qorunması, rifahının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin gördüyü işlərə görə ona minnətdarlıq məktubları yazan vətəndaşlarımız arasında Binə sakinləri adından kənd ağsaqqalı Əliyev Hüseynağa Hüseyn oğlu da var:
- Hörmətli cənab Prezident.
Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Səhiyyə sahəsində görülən işlər, insanlara göstərilən xüsusi qayğı bizi sevindirir. 65 yaşdan yuxarı tənha və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların istək və qayğıları ilə yaxından maraqlanıb onların ərzaq və tibbi tələbatlarının ödənilməsi istiqamətində xeyli işlər görmüsünüz. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur, onlara pul yardımları göndərilir. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanırıq ki, Sizin müvafiq qərarlarınızla ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirir və bu çətin günlərdə görəcəyiniz tədbirlərin səmərəli olacağına əminliyimizi ifadə edirik.
Bir daha qəsəbəmizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Binə sakinləri adından kənd ağsaqqalı
Əliyev Hüseynağa Hüseyn oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi