Sudan “Al-Arabiya”, “Al-Hadath” və “Sky News” kanallarını bağladı

10:05 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sudanın Mədəniyyət və İnformasiya Nazirliyi “Al-Arabia”, “Al-Hadath” və “Sky News” telekanallarının bu ölkə ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, nazirlik bildirilib ki, adları çəkilən üç kanalın yayımı dayandırılıb və lazımi tədbirlərin görülməsi və qərarın tətbiqi ilə bağlı aidiyyatı orqanlara tapşırıqlar verilib.

“Al-Arabiya” kanalının Sudan ofisinin meneceri Lina Yakub bildirib ki, telekanalın ölkədəki fəaliyyətini dayandırmaq qərarı barədə ona rəsmi məlumat verilməyib. Yakub, “İnformasiya nazirinin işimizi dayandırmaq qərarının nə vaxt həyata keçiriləcəyini bilmirik. Peşəkar fəaliyyət göstərmədiyimizlə, əvvəldən müharibədə olmağımızla bağlı ittihamları rədd edirik. "Sudandakı “Al-Arabiya” və “Al-Hadath” ofislərinin lisenziyaları vaxtaşırı yenilənir" deyib.

Media rubrikasından digər xəbərlər