Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

15:38 07.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılır.

Hafta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hava nəqliyyatında tütün çəkməyə görə cərimə yüz manatdan beş yüz manata qaldırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.