Türkiyə səfirliyi konsulluq xidmətlərini dayandırır

12:34 23.05.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq vətəndaşlara xidməti dayandırır.

Hafta.az yazır ki, Azərbaycanda rəsmi tətil günlərinin olduğunu nəzərə alan səfirliyin Konsulluq şöbəsi 23-30 may tarixlərində bağlı olacaq. Bununla yanaşı, bildirilir ki, vətəndaşlar konsulluq işləri haqda məlumat almaq və konsulluqla bağlı təcili işləri çıxdıqda, Xarici İşlə Nazirliyinin Konsulluq Çağrı Mərkəzini hər gün 24 saat boyunca zəng vura bilərlər. 

Hətta məcburi və təcili səbəblər olduqda, vətəndaşlar +994 51 2060804 nöməli telefona zəng vurmaqla Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Oxunma sayı 861
Gündəm rubrikasından digər xəbərlər