Yazını böyüt
Yazını kiçilt
Suriya bir neçə dövlətin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunmasına çalışır.
Hafta.az SANA xəbər agentliyinə istinadla bildirir ki, bunu Suriya Prezidenti Əhməd əl-Şaraa yerli televiziyaya müsahibəsində deyib.
Suriya lideri bildirib ki, belə bir sazişin uğurla reallaşması Suriyanın Colan təpələri üzərindəki suveren hüquqlarına xələl gətirmədən hərtərəfli sülhün əldə olunmasına zəmin yarada bilər.