"Biz 6 nəfərlik nümayəndə heyəti olaraq Azərbaycan hökumətinin dəvəti ilə gəlmişik". Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəsi Hande Armancı mətbuat konfransında deyib.
Daha sonra qrupun nümayəndə heyətinin rəhbəri Karolin Braun isə bildirib ki, bu yeni virusdur:
"ÜST-ün missiyası koronavirusa hazırlıq və cavab tədbirlərini dəstəkləməkdir. Eyni zamanda, virusun yayilmasının qarşısını almaqdı. ÜST koronavirusu pandemiya olaraq xarakterizə edib. 5 gün ərzində davam edən missiya zamanı ÜST mütəxəssisləri şəhər və rayonlarda yerləşən xəstəxanalara baş çəkib. Koronavirusa yoluxmuş insanları müalicə etmək üçün milli planı müzakirə edib. Azərbaycan Hökuməti ÜST-ün starteji hazırlıq və cavab tədbirlərinə 5 milyon dollar ayırmagı öhdəsinə götürüb".