Ölkədə pandeniyanın yayılmasının qarşısının alınması istiqamətində aparılan işlər, görülən qabaqlayıcı tədbirlər ölkə vətəndaşları tərəfindən də yüksək dəyərləndirilir.
Xüsusilə dövlət başçısının ardıcıl olaraq verdiyi qərarlar və göstərişlər hər kəs tərəfindən təqdir olunur, böyük razılıq və rəğbətlə qarşılanır.
Sumqayıt şəhər sakini Zaur Talış oğlu Gülməmədov bildirir ki, son bir neçə aydır ki, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkə başçısı tərəfindən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər bizi ürəkdən sevindirir:
”Bir daha əmin olduq ki, prezidentimiz hər zaman öz xalqının yanındadır.
Eləcə də, işsizlərə 190 manatın verilməsi bu qayğının nəticəsidir. Biz bir vətəndaş olaraq prezidentimizin apardığı siyasəti bəyənirik. Bu çətin günlərdə atdığı qətiyyətli addımlara və xalqımıza göstərdiyiniz qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümüzü bildirirk”.
Digər sakinlər - Şirin Cavan qızı Hüseynova və Gültək Nizami qızı Yusubova öz fikirlərini hafta.az-a bölüşürlər:
”Cənab prezident! Koronavirus dünyanın ən inkişaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısının almağa komək edir. Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Koronsvirusla bağlı Sizin verdiyiniz ardıcıl göstərişlər və qərarlar biz sadə vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Sizin sərəncamınızla biz imkansız adamlara dövlət tərəfindən verilən 190 manatı biz də aldıq, ailəmiz çox sevindi. Ailəmiz adından bizə göstərdiyiniz hər tərəfli diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Tanrı sizi və sizin simanızda xalqımızı qorusun”.