Vətəndaşlar yazırlar - "Biz həmişə Prezidentimizlə birlikdəyik"

17:32 17.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər və eləcə də aztəminatlı ailələrə onun sərəncamı ilə edilən 190 manat yardımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Sumqayıt şəhər sakini Murad Şəhriyar oğlu Əkbərov hafta.az-a bildirib ki, dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün dövlətimiz vaxtında qabaqlayıcı tədbirlər gördü:

”Cənab Prezidentin hər zaman xalqın yanında olması və onun həyata keçirdiyi sosial siyasət bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır. Elə bu qayğının nəticəsidir ki, Prezident sərəncamıyla biz aztəminatlı ailələrə bu ağır, çətin gündə dəstək oldu və dövlətimiz tərəfindən bizə 190 manat yardım edildi. Möhtərəm prezidentimizin siyasi kursunu bəyənirik, hər zaman onu dəstəkləyirik. Biz imkansız sakinlərə göstərdiyi qayğıya görə, ailəmiz adından ölkə başçısına minnətdarlığımızı bildiririk”

Sumqayıt şəhərinin digər bir sakini Cəmilə Nizami qızı Baxışova bildirir ki, dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Onun sözlərinə görə, dövlət başçısının ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir:

”Elə aztəminatlı ailələrə 190 manat verilən yardım bizim ürəyimizcə olmaqla, bu qayğının bir təzahürüdür. Biz imkansız adamlara göstərilən yardıma görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə ailəmiz adından öz təşəkkürümüzü bildiririk. Bir vətəndaş olaraq əminəm ki, onun müdrik rəhbərliyi sayəsində biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə prezidentimizlə birlikdəyik.”