Xalqımızı bu bəladan qoruduğunuza görə Sizə dərin minnətdarlıq edirik - Şəki şəhər 12 nömrəli tam orta məktəbin kollektivi

18:38 27.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Bu gün Yer kürəsini öz ağuşuna almış bu pandemiya zamanı hər bir vətəndaşımızın sağlamlığını düşünüb qətiyyətli addımlar atır, xalqımızın təhlükəsizliyi naminə əlinizdən gələni edirsiniz. Ölüm və yoluxma hallarını digər ölkələrlə müqayisə etdiyimiz zaman bunu açıq şəkildə görmək mümkündür.

Bu xəstəliklə mübarizə aparmaq üçün gördüyünüz qabaqlayıcı tədbirlərlə, qəbul etdiyiniz qətiyyətli qərarlarla bizlərə qürur hissi yaşatdınız. Xalqımızı bu bəladan qoruduğunuza və çətin zamanımızda gördüyünüz bütün bu təxirəsalınmaz tədbirlərə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlıq edir, təşəkkürümüzü çatdırırıq.

Dərin hörmətlə,

Şəki şəhər 12 nömrəli tam orta məktəbin kollektivi adından

Qəhrəmanzadə Nəzakət Rasim qızı,

Qəhrəmanzadə Vüqar Ağaəli oğlu

Azərbaycan Respublikası, Şəki şəhəri.