Xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz - Yasamal rayon ziyalıları Prezidentə minnətdardır

18:11 28.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm Cənab Prezident.

Azərbaycan öz tarixinin ən şanlı və şərəfli illərini yaşayır. Sizin sarsılmaz qətiyyətiniz, cəsarətiniz, atdığınız siyasi-diplomatik addımlarınız nəticəsində qüdrətli Azərbaycan dövləti yaradılıb. Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, bununla da ölkənin siyasi suverenliyinin əbədiləşdirilməsi sahəsindəki xidmətləriniz Heydər Əliyev ideyalarının təntənəsi, zəfəridir.

Dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz. Bu gün koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması, xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, mövcud vəziyyətdən zərər çəkən insanlara dövlət dəstəyinin, maddi yardımın göstərilməsi təkcə xalqımız tərəfindən deyil, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir.

Möhtərəm cənab Prezident, Siz Vətənimiz qarşısındakı xidmətlərinizlə Azərbaycan xalqının qəlbində özünüzə möhtəşəm bir abidə ucaltmısınız. Günlər keçdikcə, illər ötdükcə xalqın qəlbində ucaltdığınız bu abidə daha möhtəşəm, daha qüdrətli, daha əzəmətli görünür.

Hörmətlə,

Nəbiyev Rasim Əmir oğlu, ADIU-nun professoru, YAP Yasamal rayon təşkilatının sədr müavini, Yasamal rayon ziyalılar cəmiyyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.