Xankəndidə səs verən seçici: 35 ildir bu günlərin həsrətində idik 

10:15 07.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mən Xankəndi şəhər sakiniyəm və 35 ildir bu günlərin həsrətində idik. Allah bu günü bizə yaşadanlara – şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ali Baş Komandanımızı qorusun. Biz bu günləri həsrətlə gözləyirdik. Çox şükür ki, bu günləri gördük.

Hafta.az xəbər verir ki, bu sözləri 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verən şəhər sakini Qəzənfər Əliyev deyib.

“Səsvermə çox yüksək səviyyədə təşkil olunub. Proses demokratik, azad, ədalətli şəkildə davam edir”, - deyə seçici diqqətə çatdırıb.