Xankəndində ermənilər 1 litr benzindən ötrü bir-birlərini güllələməyə hazırdır - VİDEO

14:23 25.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xankəndində güclü benzin qıtlığı var. “Yanacaqdoldurma məntəqələri talanır, qaz çənlərı deşilir maye yanacaq yerə tökülür”.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri üçün Susan Simonyan yazıb.

Erməni müxbir bildirir ki, dünən axşamdan hayklara bildirilib ki, Həkəri körpüsündəki Laçın sərhəd-keçid məntəqəsi açıqdır və istəyən hər kəs maneəsiz çıxıb gedə bilər. Benzin ajiotajı bundan sonra daha da şiddətlənib.

“Bu və ya digər yanacaqdoldurma məntəqələrinin tezliklə benzin alacağı ilə bağlı mütəmadi söz-söhbətlər dolaşır. Yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr yaranıb. İnsanlar bir litr benzin üçün bir-birini döyür,  hətta bir-birlərini güllələməyə hazırdırlar. Hər kəs səbirsiz, qəzəbli və dəli kimidir. Heç olmasa,  Gorusa getməyə 10 litr benzin tapa bilmədiyim üçün qızımla bayıra çıxa bilmirəm”, - S.Simonyanın bir az əvvəl əlaqə saxladığı Xankəndinin erməni sakini belə deyib.

“Qondarma separatçı rejim tör-töküntülərinin informasiya qərargahından bildirilib ki, Ermənistan köçmək istəyən hayklara bu gün saat 14:00-dan etibarən Xankəndindəki 5 yanacaqdoldurma məntəqəsində pulsuz yanacaq veriləcək. 

Xatırladaq ki, lokal antiterror əmliyyatı dayandırıldıqdan sonra Azərbaycanın müvafiq hökumət qurumları Yuxarı Qarabağın digər məntəqələri kimi, Xankəndinin də infrastrukturunun bərpası, sosial problemlərinin həlli ilə ciddi məşğul olmağa başlayıb. Dünən axşamdan artıq bu şəhərimizə Azərbaycan işığının verilişi 32 il sonra bərpa olunub.

Siyasət rubrikasından digər xəbərlər