Yaponiyada cinləri öldürən nəhəng qılınc tapıldı - 1600 yaşı var

13:12 11.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Arxeoloqlar Yaponiyada 1600 ildən artıqdır ki, yerdə qalmış cinləri məhv etmək üçün iki metrlik nəhəng qılınc tapıblar. O, mərhumun axirətdə pis ruhları dəf etməsinə kömək etmək üçün məzarda saxlanılıb.

Tapılan qılınc Yaponiyada tapılan ən böyük və ən qədim qılıncdır. Onunla birlikdə kurqandan tısbağa qabığı formasında güzgü qalxanı tapılmışdır. Yəqin ki, onların sahibi dövlət elitasının nümayəndəsi olub.

Tapıntının edildiyi kurqan Yaponiya tarixinin eramızın 250-ci ildən 538-ci ilə qədər davam edən Kofun dövrünə aiddir.