Yaşa görə pensiyaların 88 faizi elektron qaydada təyin olunub

10:41 25.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv qaydada təyinatına başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hafta.az-a verilən məlumata görə, e-təyinat prosesinin davamı olaraq, bu ilin yanvar-avqust aylarında 10 min 113 nəfərə (qeyd edilən dövrdə yaşa görə pensiya təyin olunanların 88 faizinə) yaşa görə pensiya elektron qaydada təyin olunub.

Beləliklə, yaşa görə pensiya təyinatlarının məmur-vətəndaş təması və vətəndaşların müvafiq sənədləri toplayıb aidiyyəti quruma təqdim etməsinə ehtiyac olmadan, şəffaf və operativ təyin edilməsi təmin olunub.

 
 
 
 
 

 

Oxunma sayı 741
Sosial rubrikasından digər xəbərlər