Yeni il süfrəsində kaloriləri necə azaltmaq olar?

10:45 27.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni il bayramına sayılı günlər qalır və bayramda insanların necə qidalanmalı olmasına dair çıxışlar artır. Amma razılaşaq ki. Yeni il süfrələrini həm dadlı, həm də sağlam etmək mümkündür.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, fitnes üzrə məşqçi Artyom Opalnitski ənənəvi Yeni il yeməklərini daha yüngül və qidalı şəkildə hazırlamaq üçün məsləhətlər verib. Opalnitski xüsusilə mayonez kimi yüksək kalorili maddələr əvəzinə qatıq və ya az yağlı alternativlərdən istifadə etməyi tövsiyə edir.

Opalnitski məşhur yeməklərdən biri olan “Oliviye” salatının kalorisini azaltmaq üçün aşağı kalorili mayonez və ya evdə hazırlanmış qatıq souslarını seçməyi tövsiyə edib. O, həmçinin qeyd edib ki, salatda istifadə edilən kolbasanı yağsız toyuq fülesi ilə əvəz etmək daha sağlam variantdır.

Dietoloq yeni il süfrələrinin daha balanslı olması üçün təzə tərəvəz və meyvələrin istehlakının artırılmasının vacibliyini də vurğulayır. İzqara tərəvəz və ya balıq əsaslı reseptlərin ana yemək olaraq ideal olduğunu ifadə edən Opalnitski, qırmızı balığın omeqa-3, zülal və vitaminlərlə zəngin bir seçim olduğunu vurğulayıb. O, desert ehtiyacını mövsümi meyvələrlə ödəməyi təklif edib. Məsələn, xurma, naringi və narla hazırlanan salatlar Yeni il süfrəsi üçün ideal ola bilər.

Spirt istehlakına toxunan Opalnitski, aşağı kalorili variantlara müraciət etməyin vacibliyini vurğulayıb. O, şərab, şampan və ya hətta yüngül pivə kimi içkilərə üstünlük verməyi təklif edib. Dietoloq həmçinin bildirib ki, spirt istehlakını məhdudlaşdırmaq və ya tamamilə tərk etmək sağlamlıq üçün ən yaxşı seçimdir.