Dünya üzrə koronavirusa yoluxanların sayının 1,3 milyonu, ölənlərin sayının isə 70 mini keçdiyi bir zamanda insanlar təşviş və qorxu içindədirlər. Bütün ölkələrdə məcburi qadağalar şəraitində yaşayan insanlar bu gün virusun mənbəyinin bioloji silahmı, yoxsa doğrudan da hansısa vəhşi heyvanlar olduğunu müzakirə etməkdədir. Əlbəttə, bu pandemiyanın mütləq mənada bioloji silah olduğu açıq görünür. Çünki virusun mənbəyi olduğu iddia edilən yarasa da, ilan da, başqa canlılar da insanla bərabər həyat var olan gündən mövcuddur. Əgər bu heyvanlar mənbə olsaydılar, minillər ərzində koronavirus hansısa formada özünü göstərmiş olardı. Amma bütün hallarda real nəticə dəyişmir: 1,3 milyon insan virusun daşıyıcısına çevrilib...
Koronavirus ilk dəfə Çində meydana çıxsa da, bu gün uzaq Amerika, Avropa əsas episentrə çevrilib. Çində insanlar yoluxma nəticəsində sürətlə həlak olarkən bunu kənardan seyr edən Amerikada bircə nəfər belə bu xəstəliyə yoluxmamışdı. Həmin vaxtlarda İtaliya rəhbərli “Bizim Çinlə birbaşa sərhədimiz yoxdur, narahat olmağa dəyməz” deyilən İtaliyada və sair bu gün əsl fəlakət yaşanır. Hansı ki, Çin öz daxilində epidemiyanı cilovlaya bilib.
Ümumilikdə, Ümumdünya Səhiyyə Təşkilatının 6 aprel səhər saat 6-ya olan rəsmi statistikasına əsasən, 1,3 milyon yoluxan insandan 265 min nəfəri sağalaraq xəstəxanadan evə buraxılıb. Təəssüf ki, 70 min insan həlak olub.
İndi də gəlin koronavirus daşıyıcılarının sayına görə ilk 20 ölkənin siyahısına nəzər salaq:
1. ABŞ – 336837
2. İspaniya – 131646
3. İtaliya – 128946
4. Almaniya – 100123
5. Fransa – 92839
6. Çin – 81738
7. İran – 58226
8. İngiltərə - 47806
9. Türkiyə - 27069
10. İsveçrə - 21100
11. Belçika – 19691
12. Niderland – 17851
13. Kanada – 15512
14. Avstriya – 12051
15. Braziliya – 11281
16. Portuqaliya – 11278
17. Cənubi Koreya – 10284
18. İsrail – 8611
19. İsveç – 6830
20. Avstraliya – 5788
İndi də pandemiyanın ən çox insan ölümünə səbəb olduğu ilk 20 ölkənin siyahısına diqqət edək:
1. İtaliya – 15 887
2. İspaniya – 12 641
3. ABŞ – 9 618
4. Fransa – 8 078
5. İngiltərə - 4 934
6. İran – 3 603
7. Çin – 3 331
8. Niderland - 1766
9. Almaniya – 1584
10. Belçika – 1447
11. İsveçrə - 715
12. Türkiyə - 574
13. Braziliya – 487
14. İsveç – 401
15. Portuqaliya – 295
16. Kanada – 280
17. İndoneziya – 198
18. Cənubi Koreya – 186
19. Ekvador – 180
20. Danimarka - 179
Dünyada koronavirusa ən az yoluxan 20 ölkə isə aşağıdakılardır:
1. Timor-Leste - 1
2. Papua Yeni Qvineya – 1
3. Cənubi Sudan - 1
4. Saint Pyerre Miquelon - 1
5. Folklend adaları - 2
6. Karib Neferlend - 2
7. Burundi - 3
8. Virciniya adaları - 3
9. Angiulla - 3
10. Qərbi Saxara - 4
11. Malavi - 4
12. Qambiya – 4
13. Beliz – 5
14. Şimali Kipr Türk Respublikası – 5
15. Butan – 5
16. Syerra Leone – 6
17. Müqəddəs Barf – 6
18. Montserrant – 6
19. Nikaraqua – 6
20. Mavritaniya – 6
İndiyədək pandemiyadan ən az insan itkisi ilə çıxan 20 ölkə isə bunlardır:
1. Timor-Leste - 0
2. Papua Yeni Qvineya – 0
3. Folklend adaları (Britaniya) - 0
4. Karib Neferland - 0
5. Burundi - 0
6. Virciniya adaları - 0
7. Angiulla - 0
8. Qərbi Saxara - 0
9. Syerra Leone - 0
10. Malavi - 0
11. Cənubi Sudan – 0
12. Nepal - 0
13. Butan – 0
14. Müqəddəs Barf – 0
15. Montserrat – 0
16. Somali – 0
17. Müqəddəs Vinsent və Qrenada – 0
18. Vatikan – 0
19. CAR - 0
20. Çad - 0
Keçmiş sovet respublikalarından ən pis vəziyyət hansındadır? Nəzər salaq:
1. Rusiya – 5389 nəfər yoluxub, 45 nəfər ölüb
2. Ukrayna – 1308 adam yoluxub, 37 nəfər ölüb
3. Estoniya – 1097 nəfər yoluxub, 15 insan həlak olub
4. Moldova – 864 nəfər yoluxub, 15 nəfər ölüb
5. Ermənistan – 822 nəfər yoluxub, 7 nəfər həlak olub
6. Litva – 811 nəfər yoluxub, 14 nəfər ölüb
7. Azərbaycan – 584 nəfər yoluxub, 7 nəfər ölüb
8. Qazaxıstan – 584 nəfər yoluxub, 6 adam həlak olub
9. Belarus – 562 nəfər yoluxub, 6 nəfər ölüb
10. Latviya – 533 nəfər yoluxub, 1 adam həlak olub
11. Özbəkistan – 390 nəfər yoluxub, 2 nəfər ölüb
12. Gürcüstan – 174 adam ölüb, 2 nəfər həlak olub
13. Qırğıstan – 216 nəfər yoluxub, 4 nəfər həlak olub
14. Tacikistan – məlumat verilmir
15. Türkmənistan - məlumat verilmir
...Bu son deyil, öldürücü virus yayılmağa və can almağa davam edir...