“Yuğ” Teatrı mart repertuarını açıqlayıb

15:39 02.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət “Yuğ” Teatrı mart ayı üçün maraqlı repertuar tərtib edib.

Hafta.az xəbər verir ki, sənət ocağının kollektivi martın 4-də “Lənət”, 5-də “Elçilik”, 11-də “Medeya. Sekvensiya 01”, 12-də isə “Kloun Bizzz” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.

Martın 16-da isə sənət ocağında “Aşıq qapı” günü təşkil olunacaq.

Bundan başqa, martın 18-19-də “Toy dəsgahı”, 25-də “Şəbədə”, 26-da isə “Mənəm, mən” tamaşaları göstəriləcək.

Səhnə əsərləri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.

Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.