"Bakı" beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

23:04 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq həndbol turnirində bu gün qrup mərhələsinin son oyunları keçirilib.

Hafta.az xəbər verir ki, B qrupunda "Bakı" (Azərbaycan) - "Qarabağ" (Azərbaycan) üz-üzə gəlib. Görüş birincilərin 28:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Beynəlxalq turnirə sentyabrın 3-də yekun vurulacaq.