"Snayper həddi" müsabiqəsinin növbəti mərhələsi başlayıb

17:19 20.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin epizodlarının icrası üzrə sıralamanı müəyyənləşdirmək məqsədilə püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası çalışmaları yeddinci sırada yerinə yetirəcək.

Daha sonra müsabiqənin planına uyğun olaraq ikinci mərhələyə hazırlıq prosesinə start verilib. Hərbi qulluqçular tapançalardan sınaq atışları həyata keçiriblər.

Qeyd edək ki, beynəlxalq müsabiqənin ikinci mərhələsində snayperlər cütlük şəklində mübarizə aparacaqlar.