585 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

18:05 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə hafta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 808 569 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9 785 nəfər vəfat edib, aktiv xəstə sayı 3 674 nəfərdir.

Ölkədə son sutka ərzində 3 700, hazırkı dövrədək isə 7 120 436 test aparılıb.