2025-ci ilin aprelinə olan məlumata görə, Rusiyada 30 gün ərzində vətəndaşların vaxtı keçmiş fərdi borcları 2,3 trilyon rubla (təxminən 24,5 milyard dollar) çatıb. Milli Kredit Tarixi Bürosunun (MBKİ) məlumatına görə, bu məbləğ 22 milyondan çox kredit müqaviləsi üzrə təxminən 7 milyon insana məxsusdur.
Hafta.az-ın yazdığına görə, NBKİ-nin marketinq üzrə vitse-prezidenti Vladimir Şikin bildirib ki, orta borcalanın üçdən çox kredit müqaviləsi var və bəzi hallarda bu rəqəm 10-u keçir.
Kredit növləri üzrə bölgüdə ən böyük pay 46,88 faizlə mikromaliyyə təşkilatlarından alınan qısamüddətli kreditlərdədir. İkinci yerdə 29,46 faizlə təminatsız bank kreditləri gəlir.
Avtomobil kreditləri üzrə faiz dərəcəsi 0,89 faiz, ipoteka kreditləri üzrə isə cəmi 0,45 faizdir. Lakin borcun ümumi həcminə görə ən böyük yük 1,2 trilyon rubl (təxminən 12,8 milyard dollar) ilə təminatsız bank kreditlərindədir.
Mütəxəssislər fərdi borc böhranının getdikcə daha çox insanı müflisləşməyə sövq etdiyini və borclarından məhkəmə yolu ilə xilas olmağı planlaşdıranların 90 faizinin bu əməliyyatları broker firmaları vasitəsilə həyata keçirdiyini deyirlər.