AFFA nümayəndəsinə UEFA-dan TƏYİNAT

10:45 10.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Hafta.az xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən “De Toekomst” stadionda baş tutacaq.